Yuxarı

İzmirdə meşə yanğını: hava limanı bağlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə güclü meşə yanğınları səbəbilə Adnan Menderes Hava Limanı uçuşlara bağlanıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Gaziemir rayonunda və Menderes ilə Seferihisar bölgələri arasında yerləşən meşə massivlərində iki ayrı nöqtədə baş vermiş yanğın hələ də nəzarət altına alına bilməyib. Hava şəraiti – xüsusilə güclü külək və alovun geniş əraziyə yayılması – yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğının tüstüsünün hava məkanını təhlükəli hala gətirməsi və hava vasitələrinin söndürmə əməliyyatlarına aktiv cəlb olunması səbəbindən, saat 16:00-dan etibarən İzmir Adnan Menderes Hava Limanında təyyarələrin enməsi və qalxmasına icazə verilmir.

Qeyd olunur ki, İzmirdə eniş etməli olan bir sıra reyslər ətrafdakı alternativ hava limanlarına yönləndirilib. Yanğınların nəzarətə götürülməsindən sonra uçuşların normal rejimə qaytarılması gözlənilir.

Fövqəladə hallar xidmətləri və meşə mühafizə qüvvələri hazırda ərazidə intensiv şəkildə iş aparırlar.

Tarix
2025.06.29 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla