ABŞ Prezidenti Donald Tramp faktiki olaraq İranın gizli nüvə obyektinə malik olduğunu etiraf edib.
Axar.az xəbər verir ki, o, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.
"Bilirdik ki, İranın çoxlu nüvə obyekti var, yəqin ki, üç əsas və bir əlavə. İnanmıram ki, Tehran ABŞ-ın zərbələrinə başlamazdan əvvəl zənginləşdirilmiş uranı nüvə obyektlərindən çıxara bildi. Xeyr. Əvvəla, bunu etmək çox çətindir. Bu, çox təhlükəlidir. Həm də heç kim Fordo obyektini vuracağımızı düşünmürdü, çünki hamı onun keçilməz olduğunu deyirdi.
Məncə, obyektdə adamlar olub, deyirlər orada maşınlar olub. Bu insanlar bombanın düşəcəyi ehtimal olunan girişi betonlamağa çalışırdılar", - o bildirib.
Qeyd edək ki, Fordonun bombalanmasından 2 gün öncə yük maşınları kolonunun zənginləşdirilmiş nüvəni başqa yerə daşıdığı haqda iddia yayılıb.