Yuxarı

Rusiyada Gənciyevə saatlarla işgəncə veriblər - Vəkil

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada Gənciyevə saatlarla işgəncə veriblər - Vəkil

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gənciyev Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a Ə.Gənciyevin hüquqlarını müdafiə edən vəkil İlkin Əmirov deyib.

Onun sözlərinə görə, istintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil.

"Əhliman Gənciyevin qətllə heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü (27 iyun - red.) səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu iki saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gənciyev naməlum şəkildə yoxa çıxıb", - İ.Əmirov bildirib.

Qohumları və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı, işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü (28 iyun - red. ) gecə ona zəng gəlib ki, həmin gün həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək.

"Əhliman Gənciyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gənciyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçmir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır", - vəkil vurğulayıb.

İ.Əmrov həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir: bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var, digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır.

Vəkil əlavə edib ki, işdə yeganə “sübut” işgəncə ilə alınan bir nəfərin etirafı və istintaqın maraqları naminə şəxsiyyəti gizlədilən iki şahidin ifadəsidir ki, bu da onun sözlərinin doğruluğunu yoxlamağı mümkünsüz edir.

“Bu işə son qoymaq perspektivi var və biz ədalət axtaracağıq”, - İ.Əmirov yekunlaşdırıb.

Bundan əvvəl məhkəmənin qərarı ilə Akif, Ayaz və Məzahir Səfərovlar barəsində 22 sutka, Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev barəsində isə 3 sutka həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Tarix
2025.06.29 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla