Yuxarı

Bakıda Rusiyaya qoyulan qadağa nə qədər davam edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Rusiyanın mədəni tədbirlərinin keçirilməsinə qoyulan qadağa ilin sonunadək qüvvədə olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Maş" Teleqram kanalı məlumat yayıb.

Ləğv edilmiş tədbirlərin siyahısında müğənnilər Basta (30 avqust, Sea Breeze Resort), Leonid Aqutin və Anjelika Varumun (29 oktyabr, Heydər Əliyev Sarayı) konsertləri, "Şelkunçik" (13 iyun, Heydər Əliyev sarayı), "Romeo və Cülyetta" (12 oktyabr, Heydər Əliyev Sarayı) və Sergey Bezrukovun iştirakı ilə "Xuliqanın etirafı" (17 oktyabr, Heydər Əliyev Sarayı) tamaşaları, həmçinin Yevgeni Sinyakovun stand-up-ı (1 noyabr, Opera studiya) və Yumor Festivalı (18 iyul, Sea Breeze Resort) daxildir.

Qeyd edək ki, bu tədbirlərin hamısı üçün bilet elanları saytlardan yığışdırılıb.

Xatırladaq ki, Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.

Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn paltformalarına müraciət edə bilərlər.

Tarix
2025.06.29 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla