Yuxarı

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

Amerika kəşfiyyat orqanları İran rəsmilərinin telefon danışığını dinləyib və nüvə obyektlərinə zərbələrin gözlənildiyi qədər güclü və dağıdıcı olmadığı məlumatını əldə edib.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

"Həmin söhbətdə İranın yüksək rütbəli rəsmiləri bu ay İranın nüvə proqramının komponentlərinə endirilən zərbələri müzakirə edərək, hücumun gözlədiklərindən daha az dağıdıcı olduğunu bildiriblər. Xüsusilə də İran rəsmiləri Trampın əmr etdiyi zərbələrin nə üçün gözlədikləri kimi dağıdıcı və geniş yayılmadığı ilə bağlı müzakirə aparıblar",- məlumatda deyilib.

Ağ Evin mətbuat katibi Karolina Levitt isə bu informasiyanı “kontekstdən çıxarılan məlumat sızması" adlandırıb:

"Adı açıqlanmayan İran rəsmilərinin dağıntılar altında yüzlərlə fut dərinlikdə nə baş verdiyini bildiyini söyləmək tamamilə cəfəngiyyatdır. Onların nüvə proqramına son qoyulub".

Tarix
2025.06.30 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla