Putin Səudiyyə şahzadəsi ilə danışdı
21:14
Ana səhifə İdman |
UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək V tur oyununun yeri açıqlanıb.
Axar.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində təşkil olunacaq. Matç noyabrın 28-də keçiriləcək.
Avropa futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.
Qeyd edək ki, "Makkabi" oyunun Bakıda keçirilməsini tələb etdiyi haqda məlumat yayılmışdı.
Tarix
2024.11.11 / 21:04
|
Müəllif
Axar.az
|