Yuxarı

Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov bank hesabları bloklandıqdan sonra yenidən Bakıya qayıdıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bloger son günlərin ən mhur avtomobili olam "Tesla Cybertruck” ilə Bakı küçələrində lentə alınan videosunu İnstaqram hesabında yayımlayıb.

Qeyd edək ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Məlumata görə, bloger dövlətə 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcu qalıb.

Son açıqlanan məlumata görə, Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) Hüseynə qarşı iddiası üzrə icraata xitam verib. Buna səbəb avqustun 16-da Həsənovun Federal Vergi Xidmətinə olan 145 milyon rubl (təxminən 2,5 milyon manat) məbləğində bütün borclarını ödəməsi olub.

Bundan əlavə, Hüseynin də payı olduğu "Banda Foods MMC" çatdırılma şirkəti tərəfindən 645 min rubl borcuna görə məhkəməyə verilib.

Bundan sonra Hüseyn 1 ildir getmədiyi Moskvaya qayıdıb. Ancaq bir neçə gün əvvək blogerin bank hesablarının ölkənin vergi orqanları tərəfindən yenidən bloklandığı açıqlanıb. Bildirilib ki, blogerin Banda Foods MMC-yə 800 min rubldan (13,7 min manatdan çox) çox borcu var.

"Artplast” ticarət şirkətindən olan keçmiş ortaqların iddiasına görə, məhkəmə "Banda”nın onlara 103 min rubl (1768 manat) qaytarmasını tələb edib. Ümumilikdə, Həsənovun şirkəti hazırda 835 min rubl (14,3 min manatdan çox) məbləğində 4 icra prosesi ilə üz-üzədir.

Tarix
2024.11.08 / 14:00
Müəllif
Kult.az
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla