Yuxarı

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Sentyabrın 7-11-də Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) bu tədbirlərin yekunu ilə bağlı Axar.az-a verilən məlumata görə, həftə çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.

Tədbirlərdə dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektor və akademik dairələrin nümayəndələri də iştirak ediblər.

UNFCCC-nin İqlim Həftəsi çərçivəsində Tərəflər Konfransının qərarlarından irəli gələn beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas, həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC-nin İcra Forumu çərçivəsində bir sıra sessiyalar keçirilib.

Paralel olaraq təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq, eləcə də digər aktual mövzular üzrə Azərbaycan tərəfindən ümumilikdə 37 tədbir təşkil edilib.

Bununla yanaşı, COP30-da qəbul edilmiş müvafiq mandata uyğun olaraq, COP29, COP30 və COP31 sədrliyini həyata keçirən Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planlarının (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası ilə bağlı “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur. 2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.

Tarix
2026.09.12 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla