Yuxarı

Deputatın şok sərvəti üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatın şok sərvəti üzə çıxdı

Rusiyanın hakim Vahid Rusiya Partiyasından Dövlət Dumasına namizəd Yevgeni Apostolov və ailəsinin İspaniya və Rusiyada ümumi dəyəri 1 milyard rubldan çox olan daşınmaz əmlaka sahib olduğu iddia edilir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.

Hazırda Həştərxan Vilayət Dumasının deputatı olan Apostolov əvvəllər regionun mədəniyyət və idman nazirinin müavini vəzifəsində çalışıb. 2017-ci ildən isə Həştərxanda ailəsinə məxsus “Delta” lombardının direktor müavinidir.

Lombardın rəsmi olaraq yeganə sahibi deputatın anası Tatyana Apostolovadır.

FBK-nın məlumatına görə, Apostolovlar ailəsi 2014-cü ildən etibarən İspaniyanın məşhur Kosta-del-Sol sahillərində daşınmaz əmlak almağa başlayıb. Əməliyyatlar yenə deputatın anasının adına rəsmiləşdirilmiş İspaniya şirkəti vasitəsilə həyata keçirilib.

Araşdırmaya əsasən, ailə İspaniyanın ən bahalı kurort şəhərlərindən olan Marbelyada yeddi mənzil və bir taunhaus alıb. Bu əmlakların ümumi dəyəri 8,71 milyon avro – təxminən 870 milyon rubl qiymətləndirilir.

Ailənin Madriddə, şəhərin tarixi mərkəzində də mənzili olub. Lakin həmin əmlak alındıqdan 14 ay sonra satılıb.

İspaniyanın turizm reyestrindəki məlumatlara görə, Marbelyadakı mənzillərdən ən azı ikisi turistlərin yerləşdirilməsi üçün qeydiyyata alınıb və qısamüddətli kirayəyə verilir.

FBK deputat ailəsinin Rusiyadakı əmlaklarını da müəyyənləşdirdiyini bildirir.

Tatyana Apostolovanın adına Sankt-Peterburqda, Ermitajın yaxınlığında 108 kvadratmetrlik və təxminən 45 milyon rubl dəyərində mənzil rəsmiləşdirilib.

Bundan əlavə, onun Moskva və Moskva vilayətində ümumi dəyəri təxminən 200 milyon rubl olan 13 kommersiya obyekti olduğu bildirilir.

Beləliklə, FBK-nın hesablamalarına əsasən, Apostolov ailəsinin İspaniya və Rusiyada müəyyən edilmiş daşınmaz əmlaklarının ümumi dəyəri 1 milyard rublu keçir.

Yevgeni Apostolov bütün bunların fonunda 2026-cı il sentyabrın 20-də keçiriləcək Dövlət Duması seçkilərində Həştərxan vilayətindən “Vahid Rusiya”nın namizədi kimi mandat uğrunda mübarizə aparır.

Tarix
2026.09.12 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla