Yuxarı

Azərbaycanın nefti var deyə, tənqid olunmalıdır? - Titov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın nefti var deyə, tənqid olunmalıdır? - Titov

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə əsaslıdır, çünki iqlim məsələləri məhz neft hasil edən ölkələrdə müzakirə olunmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29 çərçivəsində çıxışı zamanı deyib.

“Qreta Tunberq iqlim məsələlərini müzakirə etmək üçün yer seçimi ilə bağlı heç nə anlamır. Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanların real tarazlığını lazımi səviyyədə qiymətləndirmir. Fosil ehtiyatları uzun müddət öz qlobal rolunu oynayacaq və elə indi nəyin bahasına olursa olsun, onlardan imtina etmək, yumşaq desək, effektiv deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin neftlə bağlı ölkəyə ünvanlanan tənqidlərdən təəccüblənməsi ilə tam razıyam. Bu, həqiqətən təbiətin hədiyyəsidir”, - Titov bildirib.

Qeyd edək ki, isveçli ekofəal Qreta Tunberq və Qafqaz Feminist Antimüharibə Hərəkatı Tiflisin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirmişdi.

Tarix
2024.11.13 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 22 il ötür

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

Əli Əsədov Türkmənistanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla