Yuxarı

Azərbaycanda kredit büroları yaradılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kredit büroları yaradılacaq.

Report-un xəbərinə görə, bu, "Kredit büroları haqqında" qanun layihəsində nəzərdə tutulub.

Layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsini Milli Məclisə Prezident İlham Əliyev təqdim edib.

Komitə sədri qeyd edib ki, kredit bürolarının yaradılmasında məqsəd fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasıdır.

Onun sözlərinə görə, kredit bürolarını xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq: "Kredit bürolarında toplanmış məlumat bazasından borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq. Kredit bürosu topladığı fərdi məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 5 il müddətinə saxlayır və həmin fərdu məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra fərdi məlumat ləğv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir".

Z.Səmədzadə qeyd edib ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq: "Dünyanın bir çox ölkələrində kredit büroları yaradılıb. Azərbaycanda da belə bir qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Hazırki qanun layihəsi beynəlxalq standartlara uyğun hazırlanıb".

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ilə bankların üzləşdikləri risklər xeyli azalacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Tarix
2016.09.30 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla