Yuxarı

İqtisadi böhran Rusiyanı belə yox edir – Rəqəmlər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi böhran rusların 78%-nə təsir edib.

Axar.az xəbər verir ki, bu nəticə Rusiya prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının apardığı tədqiqatdan sonra ortaya çıxıb.

Akademiyanın keçirdiyi sorğuda iştirak edənlərin 53%-i ölkədəki iqtisadi vəziyyətin pisləşdiyini bildirib. Rusların 46,7%-i isə ölkədəki iqtisadi vəziyyətin bundan sonra daha da pisləşəcəyini gözləyirlər. Bu sahədə olan optimistlərin sayı 23%-dən 10,1%-ə qədər düşüb. Üstəlik, kasıb təbəqə sırasında ölkədəki vəziyyətin tez bir zamanda düzələcəyinə inananların sayı 14,4%-dən 2,8%-ə qədər azalıb.

51,9% rus artıq ərzağa qənaət etməli olduğunu açıqlayıb. 36,4% şəxs isə geyim, 25,9% isə dərmanlarla bağlı qənaət rejiminə keçdiyini bildirib. Əyləncəyə pul xərcləməkdən imtina edənlərin sayı 51%-dən 57,5%-ə qədər artıb. Ödənişli təhsil üçün pul xərcləməkdən yayınanların həcmi də 1,5 dəfə artıb. Onlar əhalinin 36,2%-ni təşkil ediblər.

Tarix
2017.01.31 / 11:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla