Yuxarı

Ukrayna Bakı neftinin tədarükünü artırır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrtransnafta" Publik Səhmdar Cəmiyyəti (Ukraynanın neft nəqli sisteminin operatoru) gələcəkdə Azərbaycanın "Azeri Light" neftinin Kremençuq Neft Emalı Zavoduna (NEZ) tədarük həcmini artırmağı planlaşdırır.

Bunu Trend-ə açıqlamasında Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Xatırladaq ki, martın 10-dan "Ukrtransnafta" Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və "Azeri Light"ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton "Azeri Light" neft növünün nəqlini nəzərdə tutur.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan neftinin nəqli "Ukrtransnafta"ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir:

"Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq".

Qeyd edək ki, Kremençuq NEZ 2016-cı ilin dekabrından "Azeri Light" neftini emal edir. Buna qədər isə neft zavoda dəmiryol nəqliyyatı ilə göndərilirdi.

2016-cı ildə Azərbaycan 31,1 milyon tondan çox yüngül neft hasil edib. 2015-ci ildə bu göstərici 31,3 milyon ton olub.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda hasil olunur.

Tarix
2017.03.22 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla