Yuxarı

Şamaxıda yeni otel tikiləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi Şamaxıda yeni otelin yaradılması üçün sahibkarlara vəsait ayırıb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu məqsədlə rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirilib.

Forumda nazirlik taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq və badam əkini təsərrüfatlarının, süd emalı müəssisəsinin yaradılması üçün layihələrin maliyyələşdirilməsi təkliflərini qəbul edib.

Sahibkarlığa Kömək Milli Fondu həmçinin Şamaxıda yeni otelin yaradılması üçün investisiya layihələrinin maliyyələşdirilməsi təklifinin qəbulunu da məqsədəuyğun hesab edib.

Nazirlik bildirib ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Tarix
2017.09.25 / 12:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla