Yuxarı

Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə edilən müraciətlər göstərir ki, “Dəmirbank”dakı 28,3 milyon manat qorunmayan əmanətin bir hissəsi 2016-ci il martın 2-dən öncə bankda sığortalanan depozit kimi yerləşdirilən vəsaitlərdir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi:

“Belə ki, sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi. Ondan əvvəl isə 30 min manatadək olan əmanətlər sığortalanırdı. Nəticədə 2016-ci il martın 2-dən öncə bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilər yeni müqavilənin bağlanması üçün müraciət etmədiyindən müqavilə avtomatik olaraq ya eyni şərtlərlə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb. Belə ki, əksər depozit anlaşmalarına əsasən müqavilə başa çatanda əmanətçi banka müraciət etmirsə, anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır. Bu isə o deməkdir ki, 2016-ci il martın 2-dən öncə 6 faiz ilə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlərlə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib”.

İqtisadçı qeyd edib ki, nəticədə bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb:

“Bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətlərin olması da ondan xəbər verir ki, banka yeni anlaşma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil. Bu baxımdan da əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq, anlaşma müddəti başa çatandan sonra banka yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda gələcəkdə bank müflis olarsa, həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski yarana bilər”.

Tarix
2018.02.20 / 11:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla