Yuxarı

Daha hansı yeni əsginazlar buraxılacaq? - Deputatdan anons

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

200 manatlıq əsginazların dövriyyəyə buraxılması əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili 200 manatlıq yeni əsginazın təqdimat mərasimində iştirak etdiyini və bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmovla söhbət etdiyini diqqətə çatdırıb:

“Əsginazların dövriyyəyə buraxılmasının devalvasiya və inflyasiya ilə əlaqələndirilməsi düzgün deyil. 200 manatlıq əsginazların dövriyyəyə buraxılması builki təqvimlə əlaqədardır. Hesab edirəm ki, heç bir devalvasiyadan söhbət getməməlidir. Çünki Azərbaycanın kifayət qədər ehtiyatları var, o cümlədən neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında təxminən 6 milyard manata yaxın müsbət saldo var və pul kütləsinə Mərkəzi Bank tərəfindən çox ciddi nəzarət edilir. Ona görə də hər hansı problemlər gözlənilmir”.

Deputat 200 manatlıq əsginazlardan əlavə dövriyyəyə başqa yeni əsginazların da buraxıla biləcəyini istisna etməyib.

Tarix
2018.05.24 / 12:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla