Yuxarı

Yeni “neft şoku” yalnız bundan asılı olacaq – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətlərinin ucuzlaşmasının əsas səbəbi bazarlardakı təklif çoxluğudur.

Bu sözləri Axar.az-a neft qiymətlərinin ucuzlaşmasının səbəblərinə aydınlıq gətirən iqtisadçı Rəşad Həsənov deyib.

“ABŞ hazırda ikili siyasət həyata keçirir. Belə ki, İranın enerji məhsullarının ixracının məhdudlaşdırılmasına qərar verən ABŞ sonradan dünya bazarlarında neftin bahalaşması fonunda bu siyasətinə korrektə etdi. Bu, bazarlarda ajiotajın aradan qalxmasına və neft qiymətlərində çox kəskin ucuzlaşmaya səbəb oldu. Hətta ötən həftə neft qiymətləri tarixində ən uzun ucuzlaşma günü qeydə alındı. Bazar günü neftin qiymətinə müəyyən qədər təsir göstərə biləcək faktor məhz OPEK-in görüşü idi. Bununla bağlı məlumatlar ictimailəşdirildikdən sonra qiymətlərdə qısamüddətli bahalaşma baş versə də, hazırda neft yenidən ucuzlaşır. Ucuzlaşmanın əsas səbəbi isə bazarlardakı təklif çoxluğudur. Digər tərəfdən, Tramp Administrasiyası da yüksək neft qiymətlərində maraqlı deyil”, - ekspert bildirib.

İqtisadçı qeyd edib ki, İran ixracı azaltsa da, Səudiyyə Ərəbistanı, Rusiya və digər bir sıra ölkələr neft hasilatını artırır:

“Səudiyyə, hətta bəzi hallarda Rusiyanın ABŞ-ın təsirləri fonunda hasilatı artırması prosesi müşahidə olunur. Bu isə bazarlarda təklifin həcmi ilə bağlı narahatlıq yaradır. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyi və digər maliyyə qurumlarının 2019-2020-ci illərdə dünya bazarlarında tələbin həcmi ilə bağlı verdiyi proqnozlar da bazarlarda çox ciddi təzyiq formalaşdıraraq qiymətlərin 65 dollar istiqamətində hərəkətinə səbəb olur. Əgər OPEK 2016-cı il sazişinin şərtlərini bərpa edərsə, o zaman neft qiymətlərində kəskin dönüş ola bilər”.

İqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, hazırda birjalarda qara qızılın hər barrelinə 69.40 dollar ödənilir:

“ABŞ-da aralıq seçkilərdə Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Jim Kramer CNBC kanalına müsahibəsində “Texas” markalı neftin hər barrelinin qiymətinin 40, “Brent” markalı qara qızılın qiymətinin isə 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı, bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir. Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib. Bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün “bum dövrü” geridə qalıb. Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb. Elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktını nəzərə alsaq, bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir. Beləliklə, neft ölkələrində yaxın gələcəkdə potensial xarici şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər”.

Tarix
2018.11.14 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla