Yuxarı

“Kapital Bank” Müştəri Bank sistemini inkişaf etdirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeniliklər həyata keçirir. Artıq uzun müddətdir sahibkarlar və hüquqi şəxslər üçün fəaliyyət göstərən Müştəri Bank sistemi sayəsində, müştərilər daha rahat şəkildə onlayn əməliyyatlar etmək imkanını qazanıblar.

Axar.az xəbər verir ki, Müştəri Bank sisteminə qoşulmaq üçün "Kapital Bank" filiallarına ərizə təqdim etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Bu sistem vasitəsi ilə banka gəlmədən, zamandan və məkandan asılı olmayaraq bir sıra əməliyyatları onlayn şəkildə həyata keçirmək mümkündür.

Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesablar, ödəniş kartları, kredit, POS terminallar, depozitlərə nəzarət etmək və çıxarışlar əldə etmək, sərfəli şərtlərlə ölkə daxili milli və xarici valyutada, ölkə xarici və nağdsız mübadilə köçürmələrini yerinə yetirmək, zaman məhdudiyyəti olmadan biznes kart hesabını artırmaq və köçürmələr etmək, banka gəlmədən əmək haqqı kartları üzrə mədaxil, yeni kart sifarişi, kart müddətinin uzadılmasın, bağlanması əməliyyatlarını icra etmək.

Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.08.15 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla