Yuxarı

Banklar bağlanır, əmanətlər isə artır – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən 28 gün keçsə də, bankların taleyinə hələ də aydınlıq gətirilməyib.

Axar.az xəbər verir ki, ölkədə banklar bu cür kritik dönəmdə olsa da, əhalinin banklardakı əmanətlərində artım müşahidə olunur.

2015-ci il yanvar ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə – 12,4 faiz artaraq 7,2 milyard manata yüksəlib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) "Trend"ə verilən məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov universitetdə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

R.Səlimov deyib ki, 2014-cü ildə MDB-nin milli valyutaları arasında yalnız manat öz məzənnəsini qoruyub saxlayıb. Ötən il əhalinin gəlirləri 4,8 faiz çoxalıb. Orta aylıq əmək haqqı 443 manat, aylıq pensiyanın orta məbləği 173,4 manat təşkil edib.

Onun sözlərinə görə, ötən 11 il ərzində ölkə iqtisadiyyatında orta hesabla 11,5 faiz artım baş verib. Beynəlxalq Valyuta Fondunun rəsmi məlumatına əsasən, bu, dünya ölkələri üzrə ən yüksək göstəricidir. Onun sözlərinə görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 10 faizə yaxın müsbət dinamika qeydə alınıb.

R.Səlimov 2014-cü ildə sənaye sektorunda ümumi 0,7 faiz azalma baş verdiyini bildirsə də, sənayenin qeyri-neft sektorunda 6,9 faizlik artım olduğunu vurğulayıb. Dünya iqtisadiyyatında, maliyyə bazarında baş verən prosesləri nəzərə alsaq, bu, uğurlu göstəricidir. Ölkə rəhbərliyinin yaratdığı münbit investisiya mühiti iqtisadiyyatımıza yatırılan sərmayələrin həcmini artırıb. Ötən il ərzində ölkəyə 21,8 milyard manat investisiya yatırılıb ki, onun da 58,5 faizi daxili mənbələr hesabınadır. 2014-cü ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyanın həcmində də artım baş verib.

2014-cü ildə 127 min yeni iş yerləri yaradılıb. Bu da ölkədə işsizlik və yoxsulluq səviyyələrinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, işsizlik səviyyəsi 0,1 faiz azalaraq 4,9 faizə, yoxsulluq səviyyəsi isə 0,3 faiz azalaraq 5,0 faizə enib.

Tarix
2015.01.29 / 08:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla