Yuxarı

Kapital Bank kibertəhlükəsizliyini gücləndirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank kibertəhlükəsizliyini gücləndirdi

Kapital Bank kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşan beynəlxalq Group-IB şirkətinin dəstəyi ilə kibertəhlükələrin öncədən aşkarlanması üçün istifadə olunan Group-IB Threat Detection System (TDS) adlı kompleksi uğurla tətbiq edib.

Axar.az xəbər verir ki,​ Group-IB-nin təqdim etdiyi bu proqram-aparat kompleksini Kapital Bank öz rəqəmsal sərhədlərini mürəkkəb təhlükələrdən, eləcə də əvvəllər bilinməyən zərərli proqram təminatı vasitəsilə edilən hədəfli hücumlardan qorumaq üçün istifadə etməyi planlaşdırır.

"Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə müəssisəsi olaraq 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə bank xidmətləri göstərir. Belə böyük müştəri auditoriyasına yüksək səviyyədə xidmət göstərmək və onların vəsaitlərinin hərtərəfli təhlükəsizliyini təmin etmək üçün Banka aktual kibertəhlükələrdən müdafiə vasitələri də lazımdır. Əminəm ki, Group-IB ilə əməkdaşlığımız qarşıya qoyulan bütün məqsədlərə nail olmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

"Rusiyadan test poliqonu kimi istifadə edib, rusdilli və maliyyə cəhətdən motivasiyalı APT-lər yaxın ölkələrə hücum edərək, coğrafi ekspansiyanı davam etdirir. Hazırda Azərbaycan Rusiya bazarında artıq bir neçə ildir ki, mübarizə apardığımız bu mürəkkəb təhlükələrlə üzləşir. Təhlükələrin təbiətini dərindən anlayan Kapital Bank seçimini Anti-APT həllinin üzərində saxlamaqla sübut edir ki, Bank qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir və riskləri minimuma endirmək üçün naməlum alətləri və hücum verktorlarını aşkarlamağa çalışır", - deyə, Group-IB-nin Kommersiya Direktoru İqor Smirnov qeyd edib.

Qeyd edək ki, Group-IB — kiberhücumların aşkarlanması və qarşısının alınması, şəbəkədə dələduzluğun aşkar edilməsi və intellektual mülkiyyətin qorunması itsiqamətlərində fəaliyyət göstərən və baş qərargahı Sinqapurda yerləşən aparıcı şirkətlərdən biridir. Gartner, Forrester və IDC rəylərinə görə Group-IB Threat Hunting Intelligence kibertəhlükələr haqqında məlumat toplama sistemi dünyanın ən yaxşılarından biri hesab olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2020.05.19 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla