Yuxarı

Manat nə vaxt bahalaşacaq? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Manatın dollara nisbətən zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi ilə deyil, avronun dünya bazarında mövqeyinin sarsılması ilə bağlıdır".

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, bu həftənin ilk 3 günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb:

"Əgər Mərkəz Bank dolların manata kursunu avqustun 3-də 1.0493 müəyyənləşdirmişdirsə növbəti günlərdə rəsmi məzənnə 1.0495 və 1.0499 oldu. Amma manatın dollara nisbətən bu cüzi zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarında mövqeyinin sarsılması ilə bağlıdır. Belə ki, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur. Nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib. Son 3 gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idisə, növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1.1482 və 1.405 oldu. Buna görə də manatın məzənnəsinin son günlərdəki azalması neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirməməlidir".

Espert qeyd edib ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir:

"Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir".

Tarix
2015.08.05 / 13:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla