Yuxarı

Məhsullarımızın Rusiyaya tədarükü başlayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il martın ortalarından Azərbaycandan konservləşdirilmiş məhsulların Sankt-Peterburqa tədarükü başlayacaq.

Trend-in məlumatına görə, bunu Sankt-Peterburqun Sahibkarlığın və istehlak bazarının inkişafı üzrə Komitəsinin sədri Elgiz Kaçayev "Business FM Peterburq"un efirində deyib.

Onun sözlərinə görə, hazırda Bakıda olan Rusiya nümayəndə heyəti Sankt-Peterburqa tədarük ediləcək məhsulların nomenklaturasını müzakirə edir: "Söhbət badımcan kürüsü, kompotlar, nar şirəsi və çaydan gedir. Heyva və digər kənd təsərrüfatı məhsullarının tədarük perspektivlərini də müzakirə edirik. Nümayəndə heyəti artıq "Azersun Holding"də olub, sabah "Gilan Holding"in fəaliyyəti ilə tanış olmağı planlaşdırır".

E.Kaçayev qeyd edib ki, Azərbaycan məhsulu sınanmış və keyfiyyətlidir: "Azərbaycan sahibkarları da Sankt-Peterburqdan rublla məhsul almaqda maraqlıdırlar. Məqsəd valyuta risklərini minimuma endirməkdir".

Tarix
2016.02.08 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla