Yuxarı

Azərbaycan üçün önəmli iclas

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclası keçiriləcək.

Axar.az xəbər verir ki, iclasla bağlı "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirlərinə və müxtəlif qurumları təmsilçilərinə artıq rəsmi dəvət məktubları göndərilib. Dəvət məktubu göndərilən hökumət rəsmiləri arasında Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis, Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi, bu ölkənin iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçsteyn, Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və başqaları var.

Bildirib ki, həmçinin dəvət edilənlər sırasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti, AYİB-in enerji və təbii ehtiyatlar üzrə icraçı direktoru Rikkardo Puliti, Dünya Bankının prezidenti Cim Yon Kim, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müller, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao, AİB-in özəl sektordakı əməliyyatlar üzrə baş direktoru Tod Frilənd, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) icraçı vitse-prezidenti vəzifəsini icra edən və baş icraçı direktor Efiopis Tafara, Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer, EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Laslo Baranya, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşou və digərləri də var.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası keçən il fevralın 12-də Bakıda keçirilib.

Tarix
2016.02.08 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla