Yuxarı

"PAŞA Sığorta"da rəhbər dəyişikliyi - Təyinat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinə yeni üzvlər seçilib.

APA xəbər verir ki, Rüstəm Məmmədov və Lalə Cəfərova şirkətin İdarə Heyətinin yeni üzvləri təyin edilib.

Məlumatı şirkətdən də təsdiq ediblər.

Belə ki, R. Məmmədov buna qədər "Avto Azərbaycan" şirkətində İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində, Lalə Cəfərova isə "PAŞA Həyat Sığorta" ASC-nin İnsan resursları, hüquq və informasiya texnologiyaları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa, əvvəllər şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsini tutan Niyaz İsmayılov sədrin birinci müavini, İdarə Heyətinin üzvü olan Dilarə Babayeva isə sədrin müavini təyin ediliblər.

Qeyd edək ki, yeni təyinatlardan sonra İdarə Heyətində 5 nəfər təmsil olunur. Mürsəl Rüstəmov İdarə Heyətinin sədri, Niyaz İsmayılov İdarə Heyəti sədrinin birinci müavini, Dilara Babayeva İdarə Heyətinin sədr müavini, Rüstəm Məmmədov və Lalə Cəfərova İdarə Heyətinin üzvləridir.

Tarix
2016.02.22 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla