Yuxarı

Banklar Palataya üzvlük haqqı ödəyəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən banklar Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Banklar haqqında" qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı məlum olub.

Dəyişikliyə əsasən, qanuna 46-1-ci maddə əlavə olunub. Yeni maddəyə əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

Bundan başqa, "Bank olmayan kredit təşkilatları haqqında", "Poçt haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "İnvestisiya fondları haqqında" qanunlara edilən əlavələrə görə, müvafiq olaraq bank olmayan kredit təşkilatları, milli poçt operatoru, sığorta bazarının peşəkar iştirakçıları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, o cümlədən investisiya fondları və onların idarəçiləri maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

Sənəd müzakirələrdə sonra plenar iclasa tövsiyə olunub.

Tarix
2016.03.03 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla