Yuxarı

Məşhur alimin kitabı Azərbaycan dilində - İlk dəfə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kainat haqqında, həqiqətən, nə bilirik? Bunu necə bilirik? Kainat haradan gəlir və hara gedir? Bu suallar Stiven Hokinqin 1988-ci ildə nəşr edilən “Zamanın qısa tarixi” kitabının mövzusunu müəyyən etmişdi.

Kitab “Sunday Times” qəzetinin bestsellerlər siyahısında 4 ildən artıq qalmış və dünyadakı hər 750 nəfərdən biri bu kitabı oxumuşdu. Bu statistika müasir fizikanın ən çətin problemlərindən bəhs edən bir kitab üçün çox böyük uğur idi.

Modern.az xəbər verir ki, “Zamanın daha qısa tarixi” Stiven Hokinq və Leonard Mlodinov tərəfindən yazılmış “Zamanın qısa tarixini”nin yenilənmiş və elmdəki son kəşflər nəzərə alınmaqla zənginləşdirilmiş versiyasıdır.

Bu kitab müəyyən mənada “daha qısa” olsa da, əsas anlayışları əvvəlki kitabdan daha detallı izah edir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab, antik dövrlərdən günümüzdəki müasir kosmologiya anlayışına doğru inkişafı, müxtəlif elmi nəzəriyyə və anlayışları, Kainatın daha dərindən və bütünlükdə anlaşılması üçün elmin mümkün araşdırma istiqamətlərini oxucuya çatdırır.

Kitab Azərbaycan dilində nəşr olunan ilk elmi-kütləvi kitabdır.

Kitabı Orxan Əmrullayev tərcümə edib. Elmi redaktoru isə Yalçın İslamzadədir.

Tarix
2016.11.26 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla