Yuxarı

Güneyin seçilməmiş elçisi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Esmira Fuadın ”XX əsr Güney Azərbaycanın epik şeirləri” və “Güney Azərbaycanda çağdaş ədəbi proseslər” kitablarının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova açıb və Esmira xanımın otaylı-butaylı Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği işindəki xidmətlərini yüksək dəyərləndirib. Xanım Yusifova çıxışında Esmira Fuadın təqdim olunan kitablarını ədəbiyyatsevərlərimiz üçün ən böyük hədiyyə olduğunu bildirib. Qeyd edib ki, fars dilində və ərəb qrafikasında oxuya bilməyən hər bir aydınımız məhz bu kitablar vasitəsilə çağdaş Güney ədəbiyyatında gedən proseslərdən məlumatlı olacaq.

Mərasimdə çıxış edən prof. Asif Rüstəmli, Cavanşir Yusifli, Şahbaz Musayev, Şəmil Sadiq, Elxan Nəcəfov, jurnalist və şair Nəriman Qəhrəmanlı, tanınmış ziyalı xanımlarımız Məlahət Qurbanova, Zərnişan Azayeva, Zərəngiz Dəmirçəlli, şair Kəmalə Abıyeva Esmira Fuadın bu gün Güney ədəbiyyatının ardıcıl öyrənilməsi və quzeyli oxuculara çatdırılması yolunda yorulub-usanmadan çalışdığını, gərgin axtarışlar apardığını və uğurlu sonuclara vardığını qeyd ediblər. Onu “Güney ədəbiyyatının Qız qalası”na (Z.Azayeva), “Savalan dağına (Ş.Sadiq)” bənzədiblər və “əbədiyyat sevdalısı (A.Rüstəmli)”, ədəbiyyatın ardıcıl və sistemli araşdırıcısı, “Şəhriyarın mənəvi övladı (M.Qurbanova)”, “Güney Azərbaycanın seçilməmiş elçisi” kimi dəyərləndiriblər.

Tədbirdə vurğulanıb ki, “Ədəbiyyatın bu günü və gələcəyi ilə bağlı Güneydə formalaşan estetik fikrin aparıcı məqamlarını diqqət mərkəzinə gətirən, bu mövzuda düşünmək, müzakirə açmaq, polemika aparmaq üçün şərait yaradan xanım tədqiqatçının oxucuların mühakiməsinə verdiyi bu dəyərli əsərlər ədəbiyyatımızın bütöv mənzərəsi üzərində düşünmək, yol xəritəsi müəyyənləşdirmək baxımından kifayət qədər dolğun material verir.

Tarix
2017.01.14 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla