Yuxarı

Diplomatımızın xanımı Kubada efirdə dolma bişirdi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubanın Havana televiziya kanalında Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və Novruz bayramına həsr edilmiş veriliş nümayiş etdirilib.

Kult.az xəbər verir ki, veriliş zamanı Azərbaycanın zəngin təbiəti və turizm imkanları, xalqımızın adət və ənənələrindən geniş bəhs edilib.

Bildirilib ki, dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz mədəni sərvəti və abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə qürur duyulası tarixə malikdir.

Veriliş zamanı Azərbaycanda qədim dövrlərdən indiyədək mövcud olan xalçaçılıq, zərgərlik, miskarlıq və sair sənətkarlıq nümunələri və tarixi memarlıq abidələrindən bəhs edilib.

Veriliş ərzində Azərbaycanda böyük sevgi ilə qeyd edilən Novruz bayramı və xalqımızın milli ənənələrindən ətraflı danışılıb. Azərbaycanda özünəməxsus fəlsəfəsi olan Novruz bayramının xalqımızın qeyri-maddi mədəni irsi kimi sülhsevərlik mədəniyyətini təbliğ edərək, bərabərlik və qardaşlıq rəmzinə çevrildiyi bildirilib.

Verilişdə qədim tarixə və mədəni irsə malik olan Azərbaycanda 1918-ci ildə Şərqdə ilk dəfə olaraq dünyəvi və demokartik dövlətin qurulduğu haqda məlumat verilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın SSRİ tərkibində, daha sonra isə müstəqil dövlət kimi uğurlu inkişafı haqda danışılıb.

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Havana kanalına müsahibəsində Novruz bayramının qeyd edilməsi ilə bağlı xalqımızın özünəməxsus adətlərindən bəhs edib. Diplomat müsahibə zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixi və əldə edilmiş uğurlardan danışıb. İki ölkə arasında mədəni və siyasi əlaqələrin, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Veriliş zamanı Azərbaycanın milli mətbəxinə məxsus təamların hazırlanmasına xüsusi yer ayrılıb. Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkilinin xanımı Afət Salehova veriliş ərzində ölkəmizdə Novruz bayramının xüsusi şirniyyatları və onların simvolik mənaları haqda danışıb, şəkərbura, paxlava və Azərbaycanın milli yeməklərindən biri olan dolmanın hazırlanması qaydalarını nümayiş etdirib.

Qeyd edək ki, “Odlar Yurdu Azərbaycan” layihəsi çərçivəsində fevralın 21-dən başlayaraq hər çərşənbə axşamı Kubanın televiziya və radio kanalları vasitəsi ilə Azərbaycanda Novruz bayramının adətləri haqda davamlı reportajlar yayımlanıb.

Tarix
2017.03.23 / 16:25
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla