Yuxarı

Mətanət: Mənim kimi xanımın əri olmamalıdır - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib.

O, ilk olaraq şəxsi həyatı haqda bəzi sirləri açıb:

"Bizim onunla münasibətimiz Qarabağ müharibəsi zamanına düşdü. O zaman qərar verdim ki, döyüşə gedəcəm. Hərbiçi olmaq istəyirdim, atam icazə vermədi. Atama indi deyirəm ki, qoysaydın o vaxt, indi general idim. Bir az sındım ki, istədiyimə nail olmadım. Evdə döyüşə gedəcəyimi deyəndə etiraz etdilər. Sonda dedilər ki, bunu nə qədər tez evləndirsək, o qədər yaxşıdı. Evləndim, amma çox uzun çəkmədi. 2 ildən bir qədər az evliliyim oldu. Anladım ki, o deyil. Mən həmişə düşünürəm ki, gərək mənim kimi xanımın həyat yoldaşı olmasın. Həmişə bu fikrdə olmuşam. Çox sərbəstəm, öz fikirlərimi deyən, bildiyimi yeridənəm. Kimsə mənə deyə bilməz: "Niyə bunu belə elədin?", "Sən bu vaxta kimi hardasan?" Bunu qəbul edə bilmirəm. Hər şeyi özüm edirəm. Həyat yoldaşım psixoloji cəhətdən məndən 10 dəfə güclü olmalıdır".

Teleaparıcı daha sonra iş dünyasına ilk addımlarından danışıb:

"Ayrılandan sonra anamgilin yanına qayıtdım, övladım oldu. Sonra işə düzəldim radioda. Hamının tanıdığı Böyük Seva məni işə düzəltdi. Ona təşəkkür edirəm. Sonra televiziyada aparıcı olmağı təklif edəndə istəmədim. Radionu sevirdim. Sonra çıxdım, böyük partlayış oldu. Daha sonra gördülər ki, bir yerdə dayana bilmirəm, "Ford Boyard"a göndərdilər. Sonra xəbərlərdən şouya getdim. Elməddin sağ olsun, seriala təklif göndərdi və s. Bu cür gedirəm".

Tarix
2017.04.18 / 23:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla