Yuxarı

Nazir məşhur çobana vəzifə verdi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahətli səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən gənc Pərvin Səfərovla bağlı məlumat vermişdik.

Kult.az xəbər verir ki, video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi istedalı gənc P.Səfərovla maraqlanılıb.

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və Mətbuatla İş sektorunun müdiri İntiqam Hümmətov Unikal.org-a deyib ki, Pərvin Səfərov yaşadığı kəndin mədəniyyət evində işə götürülüb:

"Mətbuatda onun ifasının əks olunduğu video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin göstərişi ilə bizim əməkdaşlar Pərvin Səfərovla əlaqə saxladı. Nazirliyin Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsinin rəhbərliyi Pərvingilin evində ailəsi ilə görüş keçirib. Bu gün Pərvin Səfərov Salyan rayonunda keçirilən bir tədbirə dəvət olunub və orada çıxış edib.

Nazirlik rəhbərliyinin göstərişinə əsasən, o, Qaçaqkənd kəndində yerləşən Mədəniyət Evinə işə götürülüb. Əməkdaşlarımız onun yaradıcılığını diqqətdə saxlayacaq və lazımi köməklik göstərəcəklər”.

Tarix
2017.04.21 / 19:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla