Yuxarı

Dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani -Kərim"in təqdimatı olub.

Kult.az xəbər verir ki, üç il müddətində hazırlanan "Qurani - Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.

Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 santımetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirib ki, Tünzalə Məmmədzadə ölkədə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. O, bu işin əsasını qoyaraq inkişaf etdirib, ölkəmizdə və xaricdə tanımaqla yanaşı, gənc rəssamlara da öyrədib.

Sərgidə həmçinin gənc rəssamlar Elmar Məmmədzadə və Türkan Məmmədzadənin şəffaf ipək üzərində işlənmiş rəsm əsəri və təkəlduz tabloları təqdim olunub.

Tarix
2017.12.15 / 20:03
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla