Yuxarı

6 biletdən artıq satmaq qadağan edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamberbetçin oynadığı "Hamlet" bilet satışında rekord qırıb

Axar.az "Novosti literaturı" saytına istinadən xəbər verir ki, Londonun Barbikan teatrında Benedikt Kamberbetçin baş rolda oynadığı "Hamlet" tamaşasına biletlərin satışı rekord qırıb. Elektron biletlərin təxsis edilməsi və reallaşdırılması üzrə ixtisaslaşmış Viagogo portalının istifadəçiləri qeyd edirlər ki, Şekspirin tamaşasını seyr etmək istəyənlərin sayı bugünə 20 000 nəfəri ötüb.

Beləliklə, Barbikan teatrının "Hamlet" tamaşası məşhurluq baxımından 2014-cü ildə təqdim olunmuş "Arzu tramvayı" tamaşasını geridə qoyub. Qeyd edək ki, "Arzu tramvayı" tamaşasında Blanş Dübua rolunu "Məxfi materiallar" tamaşasındakı agent Skalli rolu ilə tanınmış Cillian Anderson oynamışdı.

"Novosti literaturı" qeyd edir ki, "Hamlet" tamaşasına bilet satışı 11 avqust səhər saat 10-da başlayıb. Tamaşa ətrafında ajiotaj olacağı gözlənilirdi, odur ki, teatrın direksiyası bir ailəyə 6 dənədən çox bilet satılmasını qadağan edib. 31 oktyabr 2015-ci ildə Londonda gedəcək tamaşanın rejissoru Lindsi Ternerdir.

Tarix
2014.08.14 / 02:25
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla