Yuxarı

Day Sı-tsze və “Farengeyt üzrə 451 dərəcə”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Day Sı-tsze və “Farengeyt üzrə 451 dərəcə”

Bəzən görürsən ki, bir kitabda başqa bir kitab haqqında danışılır və müəllif öz yaradıcılıq məhsulu ilə digər yazıçının əsəri arasında paralellər aparır. Romanın qəhrəmanı kitabı oxuyarkən personajların başına gələn əhvalatları müşahidə edir və bu zaman keçirdiyi hiss-həyəcan onun öz şəsxi yaşantıları ilə üst-üstə düşür.

Axar.az başqa kitabların az qala bütov bir personaj olduğu kitablardan ən maraqlı ikisini oxucularına təqdim edir.

Day Sı-tsze "Balzak və çinli dərzi"

Sı-tszenin ilk romanında xalq düşməninin övladları "Qobsek"i oxuyur. Kitab avtobioqrafik mateiallar əsasında yazılıb və dünyanın bir çox dillərinə tərcümə edilib, Fransada "İlin kitabı" mükafatına, eləcə də "Club Med Literary Prize" beynəlxalq ədəbi mükafata layiq görülüb. Romanda çinli uşaqlar – mədəni inqilab zamanı bir çox başqaları kimi müflisləşmiş kəndli həyatı tərbiyələrinə təsir göstərsin deyə, Tibet dağlarının ətəklərinə yollanan "Arbat uşaqları"ndan danışılır. Və hətta əldən-ayaqdan uzaq belə bir yerdə dostlar əsl xəzinə axtarırlar: bu xəzinə isə onların həyatlarını alt-üst edən Balzak, Stendal, Hüqo, Düma, Bodler, Russo, Qoqol, Tolstoy, Dikkens, Dostoyevski, Kiplinqin kitablarıdır.

Rey Bredberi "Farengeyt üzrə 451 dərəcə"

Bu sadəcə, kitab haqqında kitab deyil, insanın həyatında kitabın rolu haqqında, dərc olunmamış sözün gələcəyi haqqında kitabdır. Burada postindustrial istehlak cəmiyyətinin inkişafının qaranlıq mənzərəsi göstərilib. Elə bir dünya ki, burada yanğınsöndürənlər kitablardan tonqal qalayırlar, interaktiv televiziya isə ictimaiyyəti ələ salmağım əsas vasitəsidir. Lev Tolstoyun "Hərb və sülh" romanı və digər başqa əsərlər povestin qəhrəmanlarına böyük təsir göstərirlər.

Tarix
2014.08.16 / 02:37
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla