Yuxarı

Bakıda Fransanın milli bayramı qeyd edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 14-də Fransanın milli bayramı münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

Kult.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb.

Səfir Fransanın milli bayramının Azərbaycanda qeyd edilməsinin əhəmiyyətini vurğulayıb və bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu xatırladıb.

Diplomat bu ilin Fransa-Azərbaycan münasibətlərinin inkişafı baxımından mühüm il olduğunu söyləyib. O əlavə edib ki, Prezident İlham Əliyevin bu ay Fransaya edəcəyi səfər iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirmək üçün imkan yaradacaq. Bu səfər həm də təhsil sahəsində əməkdaşlığımız üçün uğurlu olacaq.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransa xalqını milli bayram münasibətilə Azərbaycan hökuməti adından təbrik edib, tərəqqi və rifah arzularını çatdırıb. Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən olduğunu deyən nazir müavini ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. O, inandığını bildirib ki, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan qeyri-neft sektorunun inkişafında Fransanın zəngin təcrübəsini öyrənməkdə maraqlıdır. Humanitar, sosial sahələrdə də əməkdaşlıq davam edir.

Tarix
2018.07.15 / 01:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla