Amerikanın məşhur yazarı Devid Selincerin ölümündən
əvvəl yazdığı və heç yerdə nəşr etmədiyi üç əhvalat (hekayə)
virtual aləmə sızdırılıb.
"Axar.az"ın məlumatına görə, "Çovdarlıqda
uçurumdan qoruyan" adlı məşhur romanın müəllifinin ölümündən sonra
çap edilən hekayələrin ona məxsus olması yazıçının araşdırmaçısı
olan Kennez Slavenski tərəfindən təsdiqlənib.
O, açıqlamasında bildirib ki, hər üç hekayənin tərzi Selincerin
qələmi ilə uyğun gəlir. Həmin hekayələr isə bunlardır: "Paula",
"Birthday Boy" (Ad günü oğlanı) və "The Ocean Full of Bowling
Balls" (Bolinq toplarıyla dolu okean).
Qeyd edək ki, Selincerin vəsiyyətində hekayələrin onun ölümündən
ən tez 50 il sonra yayılacağı bildirilir. Hesablamalara görə,
2010-cu ildə dünyasını dəyişən 91 yaşlı yazarın hekayələri 2060-cı
ilə qədər gizli saxlanılmalı idi.