Yuxarı

İrandan Azərbaycana qərəzli iddia: O da bizimdir!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Cameyi Azərbaycan şairi Nizami Gəncəvini “fars şairi” kimi təqdim edib.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tehran Şəhər Şurasının üzvü bu iddianı İslam Respublikasının dövlət qəzeti olan “İran”da dərc edilən məqaləsində irəli sürüb.

“Azərbaycan Respublikasına səfərim zamanı bəziləri məndən Nizamini iranlı hesab etdiyimizin səbəbi barədə soruşurdular. Bu suala cavab vermək çətin deyil. Nizami əslində onun “Xəmsə” əsərini oxuyan, düşüncə dili farsca olan, bu dillə Nizaminin təfəkkürü ilə əlaqə yaradanların soyudur”, - Cameyi yazıb.

O, həmçinin Azərbaycanda Nizaminin heykəllərinin qoyulmasına toxunaraq, Tehran şəhərində də bənzər addımın atılması təklifini irəli sürüb:

“Tehran fars dili ölkəsinin paytaxtıdır. Bu şəhərdə bu mədəniyyətin yaradıcılarının yüksək mövqeyi öz əksini tapmalıdır”.

Məscid Cameyi eyni zamanda Nizami Gəncəvidən İranın Qafqaz və Orta Asiyadakı qonşuları ilə yaxınlaşma və həmrəylik vasitəsi kimi istifadə etməyi təklif edib.

İran rəsmiləri daha öncə də dəfələrlə Azərbaycanın tanınmış simalarını, o cümlədən özünün türk olduğunu yazan Nizami Gəncəvini mənimsəməyə çalışıblar. Azərbaycanın Gəncə şəhərində doğulub, bütün ömrünü doğma vətənində yaşayan Nizami zamanın şəraitinə uyğun olaraq fars dilində yazsa da, türk olduğunu əsərlərində və öz tərcümeyi-halında vurğulayıb.

Onun türkcə divanının olduğu da bildirilir.

Tarix
2020.07.02 / 22:39
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla