Yuxarı

Sosial şəbəkədə ən çox onlar şikayət edir - Xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyaya görə bütün işlərimiz, layihələrimiz dayanıb. Həm Milli Konservatoriyada, həm də Asəf Zeynallı adına Musiqi Kollecində dərslər keçilmir.

Bunu Kult.az-a açıqlamasında xalq artisti Aygün Bayramova deyib. O bildirib ki, pandemiya səbəbindən solo konsert hazırlıqlarına da fasilə verilib:

“Yaz aylarında solo konsert verməyi düşünürdüm. Muğam Mərkəzində keçirilməsini istəyirdik, pandemiyaya görə təxirə salındı. Hər şey qaydasına düşəndən sonra konsertlə bağlı planlarımıza davam edəcəyik”.

Aygün Bayramova bildirib ki, dolanışığı toylardan çıxan sənətçilər üçün mövcud durum ciddi problem yaradır:

“Çünki başqa gəlir yerləri yoxdur. Qazancları ancaq toylardan, ad günlərindən çıxır. İndi sosial şəbəkələrdə də ən çox şikayətləri onlardan eşidirik. Arzu edirəm ki, tezliklə hər şey qaydasına düşsün. Onların da maddi vəziyyətləri düzəlsin”.

Tarix
2020.08.05 / 17:56
Müəllif
Tural Turan
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla