Yuxarı

Bu 100 əsər 100 il sonra oxunacaq – İlk dəfə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində yaşayan şotland sənətçi Keti Piterson tərəfindən keçən il başladılan "Gələcəyin kitabxanası" (Future Library) layihəsi 100 yazarın 100 əsərinin 100 il saxlanılması ilə bağlı hazırlanıb.

Axar.az xəbər verir ki, "Gələcəyin kitabxanası" layihəsində iştirak edəcək 100 yazardan birincisi kanadalı Marqaret Etvud olub. Etvudun layihə üçün yazacağı əsər 2114-ci ildən əvvəl oxunmayacaq.

Norveçin Oslo şəhərində yaradılacaq kitabxana üçün eyniadlı qurum da yaradılıb. Layihə üçün hər il bir yazar götürüləcək və yazarların tamamladıqları əsər bu kitabxanada toplanacaq. Yazarının xaricində heç kim 100 il boyu əsərin nədən bəhs edəcəyini bilməyəcək.

Layihənin rəhbəri Keti Piterson 100 il sonra kəsilib kağız hazırlanması üçün Oslo yaxınlığında bir meşəyə min ağac əkib. Antologiyanın çapında 100 il sonra kəsiləcək ağaclardan hazırlanan kağızlardan istifadə etməyi planlaşdıran qurum çap olunacaq antologiyanı da min adama satmağı nəzərdə tutur.

Bu məqsədlə xüsusi dizaynlı bir sertifikat hazırlayacaq "Gələcəyin Kitabxanası" qurumu bu sertifikatları hərracda sataraq layihənin xərclərini ödəməyi planlaşdırır. 2114-cü ilə qədər hər il bir yazarın əsəri ilə iştirak edəcəyi layihədə mətnlər oxunmadan 100 il Oslodakı "New Public Deichmanske" kitabxanasında xüsusi olaraq hazırlanmış bir otaqda saxlanılacaq.

"Gələcəyin Kitabxanası"nın ilk və 2015-ci il yazarı Marqaret Etvud belə açıqlama verib "Ağzım zəncirbəndlə möhkəm bağlıdır. Təkcə bunu deyə bilərəm ki, əsər antik Romaya aid olacaq".

Tarix
2015.05.29 / 08:15
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla