Yuxarı

Xudayarın təhqiri, xəbərdarlıq və nazirdən gözlənti...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid Xudayarı təhqir etdiyinə görə soyadından qəti xəcalət çəkməyən Rəsulzadə adlı gəncin sosial şəbəkədə döyülməsi kadrlarını izlədim.

Bütün hallarda zorakılığa qarşıyam, xüsusilə zorakılığın ünvanı mənim soydaşımdırsa, bu mənzərəni daha ağır qəbul edirəm. “Amması” isə var...

Odur ki, hər millətin özünün dəyərləri, kultları, inanc sistemi, tapanaqları var və bu, ələlxüsus türk təfəkküründə həddən artıq dərin qatlardadır; bu, az qala, 5 min ilə çatan ənənələr bizim qan yaddaşımızda, xarakterimizdədir!

Hətta Allahın bəşəriyyətə ən son göndərdiyi Quranı qəbul edib, islamlaşan türk qövmləri bu ənənələrindən imtina etmədilər, islam üləmaları isə bunu qəbullanmaq məcburiyyətində qaldılar. “Türk sufizmi” deyilən dünyagörüşün əsl mahiyyəti budur: islam dünyasındakı 500-ə yaxın (hələ elmə bəlli olan) təriqətin yaradıcılarının 90 faizinin türklər (məxsusən azərbaycanlılar) olmasının səbəbi də budur, maq, qam (şaman) zərdüşti (avestaçı), tanrıçılıq, məzdəkilik... görüşlərini islamda oturuşduran da bizik! Səbəb gələnəklərə sadiqliyimiz, inanc sistemimizdir və biz elə məhz buna görə mövcuduq!

Tabunun “polinesiya”-filan mənşəyini kənara qoyun, məğzi birbaşa türk düşüncəsinə aiddir. Açın “Dədə Qorqud”u, oxuyun və görəcəksiniz ki, ənənəyə, tabuya qarşı çıxan ən şərəfli, ən vicdanlı qəhrəmanını, “Tenqridən gəlmiş” elitasının ən böyük sərkərdəsini belə bu xalq bağışlamır!

Bizim dövrümüzün də dəyərləri var - Freddi, Mübarizdi, Poladdı... və 44 gün üçün həm də Xudayardı.

Bunları bu xalq toplum olaraq artıq TABU elan edib. Necə ki, övliyaya, övliyanın dəfn olunduğu ocağa toxunub-dağıda bilməzsən, eləcə də Fredə, Mübarizə, Polada, Xudayara... dəyə bilməzsən!

Allaha inanmırsan ki? - namaz qılma, oruc tutma, get nə istəyirsən, et. Ancaq məscidin önünə gəlib, Allaha hərzə-hədyan demə, sənin sülələni kəsərlər!

Övliyaya inanmırsan ki? – inanma, ziyarətinə getmə, üstündə qurban kəsmə. Ancaq övliyanın üstündə araq içmə - yeddi arxadönənini qəbirdən çıxarıb, böyrünə düzərlər.

Dəyərlərimə, qəhrəmanlarıma inanmırsan ki? – cəhənnəmə inan. Ancaq sus və mənim inanclarıma dil uzatma!

Az öncə Mübarizə dil uzadan qız yadınızdadırmı? – o, gənc-psixoloq-tələbəni deyirəm. Kimliyi artıq kimsəyə sirr deyil. Təhqir etmək üçün xatırlatmıram, sadəcə, onun düşüncə və yaşam tərzini göz önünə gətirmək istəyirəm.

Sosial şəbəkədə cismini satışa çıxaranlar Cismini bu Vətənə qurban deyən Mübarizlərə dil uzada bilməz!

Xudayarı təhqir edənin videosuna baxın: Hər təpikdə zarıyır (“it kimi zingildəyir” də deyərdim, ancaq təhqir etməmək üçün özümlə çarpışıram), qorxaqcasına yalvarır... Xudayar isə döyüşə oxuya-oxuya gedirdi; həm də hansı mahnını? – “Vətən yaxşıdır”...

Ay... uşaq, bir təpiklə zingildəyirsən, qorxundan yalvarırsan, sən Ölümün üstünə Vətən naminə oxuya-oxuya gedən Dəyərimə necə dil uzada bilərsən?..

Bu xalqın tabularına toxunmayın, əl-dil uzatmayın, kompüterin klaviaturası arxasına keçib şirə dönməyin: sənin LGBT-də kef edib, Bakıda homo-aksiya keçirə bilməyin, erməninin... tapdağı altında qalmamağın üçün canından keçənləri dəyərləndirmirsənsə, cəzanı Allah versin, özün bilərsən! Ancaq bu xalqdan qorx, yaşadığın torpaqdan, millətdən çəkin!

O ki qaldı DİN-in araşdırmasına...

Nazirindən tutmuş sıravisinə qədər – orda çalışanlar da bu xalqın dəyərləri ilə yaşayanlardır, Vətən savaşında da öz sıralarından az şəhid verməyiblər.

Onlar xalqın dəyərlərinə hörmət edəcəklər – buna inanıram. Tənbehin olacağını istisna etmirəm, ancaq cəza olmayacaq!

Hər halda, Vilayət Eyvazovun rəhbərlik etdiyi qurumdan bunu gözləyirəm: dəyərlərimizi qoruyanları sındırmaq olmaz, ancaq zorakılığa görə xəbərdarlıq edilə bilərlər.

Baxmayaraq ki, o zorakılığı edənlər heç kəsi öldürməyib, qanına qəltan da etməyib, sadəcə, XƏBƏRDARLIQ ediblər.

Dəyərlərimizə dil uzadanlara mütləq bir xəbərdarlıq edilməliydi, mütləq!..

Tarix
2021.04.29 / 21:03
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Ermənilər bizə görə İlhan Aşkını cəzalandırır: Onu tək qoymayın!

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

Paşinyandan sülh açıqlaması: Vaxtı çatdı

Uraloğlu: Zəngəzur dəhlizi bizim üçün çox önəmlidir

Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Keşiş Baqrat “Nikolu devirmək” əmrini kimdən alıb?

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

Borq İrəvanda “olmaz” dedi, Bakıda Əliyevi dəstəklədi

Qafarova və Simonyan bu tarixdə görüşəcək

Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla