Yuxarı

Xalq artisti: “Söyüşləri özümə götürmürəm” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən sözlərimi geri götürməmişəm, sadəcə, yaşlı olduğuna görə üzr istəmişəm.

Bu sözləri xalq artisti Ramiz Novruz dava etdiyi sənət yoldaşı xalq artisti Ramiz Məlikin onun haqda mətbuatda səsləndirdiyi fikirlərlə bağlı Axar.az-a danışarkən deyib:

"Nazirin sözügedən problemə görə iclas keçirəcəyi ilə bağlı bizə heç nə deməyiblər, amma sentyabr ayında teatrda yığıncaq olmalıdır. Dəqiq bilmirəm, yığıncaqda nazir özü, müavini, yoxsa təkcə teatrın kollektivi olacaq.

Ramiz Məlik bir açıqlamasında demişdi ki, üzr istədi, düz deyir, yaşlı olduğuna və əl qaldırdığıma görə üzr istədim. Amma bir şey də dedi ki, mənə söydüyü söyüşlərin hamısını öz üzərinə götürdü. Bu yalandır, belə şey olmayıb. Sadəcə, yaşlı olduğuna və əl qaldırdığıma görə üzr istəmişəm.

Bu məsələ, əslində, həddindən artıq böyüdüldü. Hadisə böyüdüldüyü qədər deyildi, çox şişirtdilər.

Özəl həyatda baş verən hadisələrin səhnəyə heç bir aidiyyəti ola bilməz. Həmişə belə olub ki, həyatda bir-birini qıran adamlar səhnədə heç nə olmayıbmış kimi rollarını oynayıblar. O problem yoxdur bizdə. "Eyni səhnədə oynamaram", - demək olmaz, bura iş yeridir, yenə eyni tamaşada rol alacağıq".

Xatırladaq ki, xalq artistləri Ramiz Novruz və Ramiz Məlik arasında yaşanmış davadan sonra tərəflər barışıb. Ramiz Məlik ANS PRESS-ə açıqlamasında "Mən ağsaqqallıq elədim, Ramiz Novruzun mədəniyyətdən, tərbiyədən kənar sözlərini onun özünə qaytarmaq şərtilə bağışladım. Mənə qarşı işlətdiyi bütün nalayiq ifadələri etiraf etdi və dediklərini özünə götürdü", – deyib.

Tarix
2015.08.29 / 09:19
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla