Yuxarı

Türkan Şoray Bakıda ağladı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkan Şoray Bakıda ağladı - Foto

Məşhur türk aktrisası Türkan Şoray Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirib.

Axar.az xəbər verir ki, universitetin müəllim-tələbə heyətinin də iştirak etdiyi görüş akt zalında baş tutub. Tədbiri giriş sözü ilə universitetin rektoru Abel Məhərrəmov açıb. O, Türkan Şorayın həm gözəl xanım, həm də əlçatmaz bir sənət zirvəsi olduğunu bildirib.

Abel Məhərrəmov Türkan Şorayın əslən azərbaycanlı olduğunu da diqqətə çatdırıb.

Rektor çıxışından sonra Türkan Şoraya "Universitetin ən böyük dostu" mükafatını təqdim edib. Həmçinin xanım sənətçinin qızı Yağmur Ünal da universitetin gümüş medalı ilə təltif olunub.

Daha sonra çıxış edən Türkan Şoray gözəl duyğular içində olduğunu bildirib:

"Sevgili azərbaycanlılar, əziz Abel müəllim, əziz tələbələr, hazırda çox xoş duyğular içindəyəm. Həyəcandan ürəyim titrəyir. Bayaq hətta xoşbəxtlik göz yaşları da axıtdım. Mənə bu hissləri yaşatdığınıza görə sizə təşəkkür edirəm. Sizdən çox müsbət enerji aldım. Mən Azərbaycan dilini çox sevirəm. Azərbaycan xanımları da çox gözəldir. Baxıram ki, mənim Azərbaycan xanımları ilə çox bənzərliyim var. Dünən qızım Yağmur Ünal da dedi ki, ana, mən bu ölkəni çox sevirəm, burada uzun müddət yaşaya bilərəm. Elə mən də bu gün burada özümü evimdəki kimi hiss edirəm".

Tarix
2015.12.10 / 12:42
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla