Yuxarı

Cavanşir Məmmədovun dəfnində niyə az adam olub?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdart artist Cavanşir Məmmədovun dəfnində az adamın iştirak etməsi müzakirə mövzusuna çevrilib. Hətta bu məsələ çoxları tərəfindənq qınanılır. Maraqlıdır, niyə əksər məşhurların dəfnində az insan iştirak edir?

Kult.az xəbər verir ki, mövzu ilə bağlı aparıcı Elgiz Əkbər Yeni Sabah-a danışıb. Aparıcı qeyd edib ki, sənət adamlarının dəfnində iştirak etmək lazımdır:

“Bizdə sənət adamlarına layiq olduğu qiyməti vermirlər. Adamın mədəniyyət və incəsənət sahəsində xidmətləri var. Dünyasını dəyişib. Hər kəsin borcudur ki, onun dəfnində iştirak etsin. Amma həmin məsələdə üzrlü və üzrsüz səbəblər var. Mən efirdə idim. Xəbəri eşitdim, efir bitəndən sonra hüzr yerinə getdim. Belə hesab edirəm ki, sənət adamlarının dəfnində iştirak etmək çox vacibdir”.

E.Əkbər bildirib ki, dəfn mərasimində iştirak etmək ölən yox, bizim üçün vacibdir:

“Sənətkarların dəfnini təşkil etmək lazımdır. Azərbaycanda nə qədər qurum var. Bu cür işlər üçün də hər hansısa tədbirlər görülməlidir. Türkiyədə bu işlər yaxşı idarə olunur. Məşhurlardan kimsə vəfat edəndə nə qədər insan onun dəfninə toplaşır. Əsas isə həmkarlardır. Bizdə bu cür mərasimlərdə iştirak zəif olur. Dəfndə o qədər də insan olmur. Üç mərasiminə üstünlük verirlər. Ya da deyirlər ki, sonra gedərəm. Amma əsas vəfat etdiyi gündür. Həmin gün iştirak etmək lazımdır. Hər halda belə vəziyyətlərdə hər camiənin öz adamları var. Bu təmtəraqlar bizə görədir. Onların dünyadan köçən adama heç bir xeyri yoxdur. Bu sənətə verilən qiyməti göstərir. Yoxsa 5 nəfərlə də bastırsalar eynidi, 3 nəfərlə də. Ölən adam bunu hiss etmir. Məşğul olduğu sahə üzrə əziyyətləri varsa, adamı hörmət və izzətlə son mənzilə yola salmaq lazımdır”.

Tarix
2024.04.22 / 20:55
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla