Yuxarı

Ekstrasens yuxu gördü, qəza yerinə getdi, bunu tapdı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekstrasens yuxu gördü, qəza yerinə getdi, bunu tapdı - Video

Qazaxıstanlı ekstrasens Aygül Berdigaliyeva Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsində həlak olmuş Zaira Atsayeva ilə bağlı paylaşım edib.

Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, Z.Atsayevanın tez-tez yuxusuna girdiyini bildirib.

“Azərbaycana məxsus təyyarə qəzaya uğradıqdan sonra bir qadın tez-tez yuxuma gəlirdi. O, məndən hadisə yerinə gedib, itən zinət əşyasını tapıb, anasına çatdırmağımı istəyirdi. Qeyd edim ki, mən bu gün bunu etdim. Hadisə baş verən yerə gəldim və orada qızıl sırğanı tapdım. Özünün istədiyi kimi, sırğanı anasına vermək istəyirdim”, - ekstrasens deyib.

A.Berdigalieva digər videoda qeyd edib ki, artıq sırğa ailəsinə göndərilməsi üçün polisə təhvil verilib.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qroznı səmasında "Pantsir" sistemi ilə vurulub və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Tarix
2025.01.21 / 11:05
Müəllif
Kult.az
Digər xəbərlər

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla