Yuxarı

Şəhriyar del Geranidən Aqil Abbasa – Bir Abzas

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhriyar del Geranidən Aqil Abbasa – Bir Abzas

Altıncı rəng – Boz

"Bir abzas – yeddi rəng" layihəsində Aqil Abbasdır: "Dolu" romanı ilə.

Yazar Şəhriyar del Gerani:

- Kim nə deyir desin, həyat həqiqətləri göstərir ki, xarakter olmadan ciddi nə isə yaratmaq sadəcə mümkün deyil. Dediyim bu: Komandir obrazını yaratmaq təkcə istedad hadisəsi deyil, həm də xarakter hadisəsidir. Olsun kifayət qədər subyektiv yanaşım, ancaq gərək yazıçının ilk öncə bədii sinir sistemi narahat olsun. Aqil Abbas "bədii nervi"si həmişə oyaq olan biridir. Mənə görə, "Dolu"nun ən mühüm tərəfi işıqlı olmasıdır. Bilmirəm bu detalı məndən qabaq deyən olub, yoxsa yox: Komandirin döyüşü uduzduğu şəhərə dönməsi səhnəsindən danışıram. Bir növ uşaqlıq vərdişi kimi suya əl atıb balıq tutmaq istəyir. Di gəl, balığı tutsa da, onu çıxarda bilmir. Əvəzində balıq onu çəkib aparır ta dərinliklərə. "Oddan qalar, sudan qalmaz" deyiminə aldanmayın. Bütün məqamlarda su - aydınlıqdı. İnsanlara baxmayın, balıqlar adamı heç vədə bəd yerlərə aparıb çıxartmazlar. Razılaşmadığım yeganə məqam hadisələrin mahiyyətinin əsas etibarilə müəllif təhkiyəsi üstündə çatdırılmasıdır. Düzdü, əsərin dil təfəkkürü, dil qatları, cümlələrin bəhri-təbil ahəngi yazıçını az-çox xilas eləyir. Mənim bir oxucu kimi istəyim isə belədir: sən hadisəni yaz, mahiyyəti mənə burax. Vəssəlam.

Əvvəlki abzaslar:

Şərif Ağayardan Aqil Abbasa – Bir Abzas. Birinci rəng - Ağ

Qan Turalıdan Aqil Abbasa – Bir Abzas. İkinci rəng - Qırmızı

Kənan Hacıdan Aqil Abbasa – Bir Abzas. Üçüncü rəng – Yaşıl

Həmid Piriyevdən Aqil Abbasa – Bir Abzas. Dördüncü rəng – Mavi

İkinci Mahmuddan Aqil Abbasa – Bir Abzas. Beşinci rəng – Sarı

Tarix
2014.10.01 / 10:04
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla