Yuxarı

Faiq Balabəylidən Aqil Abbasa – Bir Abzas

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Balabəylidən Aqil Abbasa – Bir Abzas

"Bir abzas – yeddi rəng" layihəsində: Aqil Abbas "Dolu" romanı ilə.

Yeddinci rəng – Bənövşəyi

Şair Faiq Balabəyli:

"Aqil Abbası "Ən xoşbəxt adam"dan tanıdım. Bu ad "Evləri köndələn yar"dan sonra gözlədiyim və izlədiyim imza oldu. O ki qaldı yazıçının "Dolu"suna, "Dolu" romanı doğrudan da bitkin və dolu əsərdir. Bir oxucu olaraq onun yazı manerası məni qane edir və onun bütün əsərlərini imza qoyulmasa da tanıya biləcəyim əminliyi var məndə. Nədənsə, mənə elə gəlir, Aqil Abbasın bütün əsərlərində elə obrazlar var ki, o obrazlar bir-biri ilə "qohumdur". "Dolu" əsərindəki Müəllim obrazı mənə çox tanışdır. Bu obraz "Çadırda Üzeyir Hacıbəyov doğulmaz" kitabındakı müəllimin eynisidir. "Dolu" romanını oxuyan, müharibənin acısını, müharibənin iyini bilməyən oxucu bu iyi hiss edər, bu acını yaşaya bilər. Bu günün, elə sabahın da çox lazım olacaq, çox oxunacaq romanıdır. Əsərdə kifayət qədər bitkin obrazlar var. Komandir obrazı əsərin şah damarıdır sanki. "Dünyanın ən varlı şəhəri" isə Azərbaycanın işğal altında olan bütün şəhərləridir. Drakonu, Pələngi tanımaq yüzlərlə qəhrəmanımızı, şəhidimizi tanımaq deməkdir. "Dolu" yenicə dərc olunanda müəllifə Drakonun, Pələngin, Komandirin taleyinə acıdığımı demişdim: "Heç olmasa o gəncə heyfin gələydi, öldürməyəydin". Aqilin yanında olan dostu Rüstəmin, "Narahat olma, onlar sağdır", deməsi ilə başa düşmüşdüm ki, bu obrazların hamısı həyatın içindən gəlib kitabın səhifələrində səfərbər olublar. Əsərdə müharibə bitmir, məncə. Qisasa çağırış var və bu, heç də pis deyil. Müharibəni başlayıblar, bitirmək isə bizimkilərin öhdəsinə düşür. Aqil bu əsəri ilə çağdaş nəsrimizdə müharibə mövzusunda hələ ki ən yaxşı bir əsəri ortaya qoyub. Bundan yaxşısını da müharibə bitəndən sonra yazar".

Əvvəlki abzaslar:

Şərif Ağayardan Aqil Abbasa – Bir Abzas. Birinci rəng - Ağ

Qan Turalıdan Aqil Abbasa – Bir Abzas. İkinci rəng - Qırmızı

Kənan Hacıdan Aqil Abbasa – Bir Abzas. Üçüncü rəng – Yaşıl

Həmid Piriyevdən Aqil Abbasa – Bir Abzas. Dördüncü rəng – Mavi

İkinci Mahmuddan Aqil Abbasa – Bir Abzas. Beşinci rəng – Sarı

Şəhriyar del Geranidən Aqil Abbasa – Bir Abzas. Altıncı rəng – Boz

Tarix
2014.10.02 / 22:37
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla