Yuxarı

Ermənilər “Məşədi rəqsi”ni çırpışdırdı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əsrarəngiz rəqslərindən biri Moskvada Ermənistanın “milli rəqsi” kimi təqdim edilib.

Kult.az xəbər verir ki, ermənilər Moskvada növbəti dəfə Azərbaycan əleyhinə təxribata əl atıblar. Bu dəfə onlar məşhur “Uzundərə” rəqsini (Dahi Üzeyir bəyin “O olmasın, bu olsun”da istifadə etdiyi rəqs) mənimsəyiblər.

Moskva. 7 may. Millət teatrı. Dinləyin...

Unudanlar üçün Məşədi İbadın əfsanəvi mahnısını xatırladaq:

Bütün notlarına kimi eynidir. Bu plagiat deyil, konkret oğurluqdur. Mədəni irsin mənimsənməsidir!

Bu necə baş verə bilərdi?

Bu suala cavab tapmaq üçün XX əsrin əvvəllərinə, məhz 1919-cu ilə qayıtmaq lazımdır. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası məhz həmin il ilk dəfə ekranlaşdırılıb.

Filmin rejissoru Ermənistan SSRİ-nin xalq artisti Baqram Papazyan olub. İlk filmin digər ölkələrdə uğur qazanmamasına və unudulmasına baxmayaraq, Ermənistanda 300 dəfədən çox nümayiş etdirilib.

Həmin vaxtdan da “Uzundərə”nin melodiyası özünəməxsus poetikliyi ilə qəlbləri fəth edir və təbii ki, ermənilərin “sevimli toy rəqsinə” çevrilir.

İndi bu barədə ermənilər internetdə belə yazırlar:

“Çox əsrlər əvvəl bu rəqs Ermənistanda yarandı. Ermənilərin sevdiyi ənənəvi toy mahnılarından biri – gəlinin mahnısıdır. Onu solo və qrupla ifa etmək mümkündür”.

Daha bir fakt...

Azərbaycanlılar bu mahnının ermənilər tərəfindən oğurlanmış milli musiqiləri olduğunu ilk dəfə 1955-ci ildə öyrəndilər. Həmin ilin 18 fevralında bütün Sovet İttifaqında həmin Azərbaycan musiqisinin istifadə olunduğu “İt və pişik” cizgi filmi göstərildi. Lakin bu hələ son deyil. Ən böyük üzsüzlük isə musiqinin müəllifi kimi erməni bəstəkar Karen Xaçaturyanın göstərilməsidir.

Cizgi filmi erməni yazıçı Ovanes Tumanyanın eyniadlı nağılı əsasında yaradılıb.

Cizgi filmində Azərbaycan melodiyası səslənir, titrlarda isə çoxlu erməni adları var! Sonra isə Moskvada əfsanəvi Azərbaycan musiqisinin nəyə görə erməni musiqisi kimi təqdim olunmasına təəccüblənirik.

8.33-cü dəqiqədən başlayaraq bu cizgi filmini izləyin:

Qeyd edək ki, bu cizgi filmində çobanın tütəklə ifası, qavaldaş çalarları və s. digər elementlər də oğurluqdur və birbaşa bizim mədəniyyətimizin talanmasıdır.

Tarix
2019.06.13 / 14:32
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi

Prezident Sərdar Ayaz Sadiqini qəbul etdi

Tverdə azərbaycanlılar saxlanıldı - Video

Moskva Bakıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?

Azərbaycan bizi yarıyolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla