Yuxarı

Əbru Gündəşdən boşanma xəbərinə reaksiya

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Əbru Gündəş hazırda həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabdan ayrılması xəbərinə reaksiya verib.

Musavat.com xəbər verir ki, Ə.Gündəş ərinin mediaya yolladığı yazılı müraciətə və orada yazılanlara cəmi bir cümləlik reaksiya verib: "Rza bəy lazım olanı deyib, qərarım doğrudur".

Ə.Gündəş uzun müddətdir ki, həyat yoldaşı ilə boşanmaq istəyib. Amma qarşı tərəfin buna etiraz etməsi nəticəsində proses daim təxirə salınıb. Cütlüyün vəkili Şeyda Yıldırımın bu ilin martında təkzib etdiyi boşanma iddiası dünən hər iki tərəfin təsdiqi ilə mediada yayımlanıb.

Hazırda ABŞ-da məhbus həyatı yaşayan R.Zərrab vəkili Volqa Gökçə tərəfindən mediaya çatdırıb ki, müğənninin boşanma tələbi ilk olaraq 13 iyul tarixində R.Zərraba çatdırılıb. Son günlər isə Ə.Gündəş prosesin sürətləndirilməsini tələb edib. Nəhayət, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb.

Rza Zərrab bəyanatında bunları bildirir: "13.09.2016-cı ildə arvadım Əbru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda, prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq, arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab".

Tarix
2016.09.25 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla