Yuxarı

Tramp Pentaqona əmr etdi: Cəsur əsgərlərimiz...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Pentaqona əmr etdi: Cəsur əsgərlərimiz...

Federal hökumətin fəaliyyətinin dayandırılmasına baxmayaraq, Hərbi Nazirliyin rəsmilərinə gələn həftə hərbi qulluqçuların maaşlarını verməyi tapşırdım.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən Ali Baş Komandan kimi səlahiyyətimdən istifadə edərək, hərbi nazirimiz Pit Heqseti oktyabrın 15-də qoşunlarımıza ödəniş etmək üçün bütün mövcud vəsaitlərdən istifadə etməyi tapşırıram. Biz bu məqsədlə vəsait ayırmışıq və Heqset onlardan hərbi qulluqçularımızın maaşını ödəmək üçün istifadə edəcək”, - Tramp bildirib.

“NBC Nyus”un məlumatına görə, Tramp administrasiyasının rəsmiləri və hər iki tərəfdəki qanunvericilər artıq 10 gündür davam edən şatdauna görə oktyabrın 15-də hərbçilərin maaş ala bilməyəcəyindən narahat olduqlarını bildiriblər.

“İdarəetmə və Büdcə İdarəsi Konqresə hərbi qulluqçuların maaşlarını ödəmək üçün tədqiqat və inkişaf fondlarından istifadə etmək niyyəti barədə məlumat göndərib”, - kanal bildirib.

ABŞ Prezidenti Donald Tramp da özünün “Truth Social” səhifəsində şatdaunun davam etməsinə görə demokratları ittiham edib:

“Heç bir şey edilməsə, “lider” Çak Şumer və demokratlara görə cəsur əsgərlərimiz oktyabrın 15-də haqlı olaraq alacaqları maaşı ala bilməyəcəklər”.

Qeyd edək ki, büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ-da oktyabrın 1-dən şatdaun elan edilib.

Tarix
2025.10.12 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla