Yuxarı

Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir

Bu gün Odessada Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığı qərargahının logistika idarəsinin operativ şöbəsinin baş zabiti Vyaçeslav Sazonovun olduğu avtomobil partlayıb.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Aleksandr Kots məlumat yayıb.

“O, BMV X5 markalı avtomobilini işə salan kimi ön sol təkərin üstünə qoyulmuş partlayıcı qurğu işə düşüb. Partlayış zamanı sürücü sağ qalsa da, müxtəlif dərəcəli xəsarətlər alıb. Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığı qərargahının logistika idarəsinin operativ şöbəsi donanmanın yanacaq, ərzaq və sursat da daxil olmaqla, bütün zəruri təminatına cavabdehdir. Bu gün isə həm də mülki liman infrastrukturunun təhlükəsizliyindən məsuldur. Sazonova qarşı sui-qəsdin agentlərimiz tərəfindən təşkil olunmasını çox istərdim. Sadəcə gəmilərə və limanlara hücum etmək kifayət deyil. Ukrayna Hərbi Dəniz Qüvvələrindəki əsas fiqurları oyundan çıxarmaq lazımdır. Başına zərbə vur, qalanı özü dağılacaq. Bu gün Sazonov şanslı idi. Ümid edirik ki, onun avtomobilinin partladılması yalnız ilk xəbərdarlıq siqnalıdır”, - o bildirib.

Tarix
2026.07.28 / 15:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla