Yuxarı

ABŞ-da seçki saxtakarlığı - Tramp məhkəməyə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib.

APA-nın verdiyi xəbərə görə, şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır.

"Şikayət Klark dairəsində (Nevada ştatı) seçicilərin qeydiyyata alınması üzrə məsuliyyətli şəxs Co P.Qloriaya qarşı verilib. Məlumatımıza görə, o, məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan iki saat gec başa çatdırmağı qərara alıb", - deyə qərargahdan telekanala bidirilib.

CNN telekanalı bundan əvvəl şikayətin məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan tez başlaması ilə bağlı olduğunu bildirmişdi.

Bundan başqa, Trampın qərargahı qeyd edir ki, Klark dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz vəzifələrini Demokratlar Partiyasının fəalları ilə əlaqələndirərək icra edirlər.

Tarix
2016.11.09 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla